waplog

“LG” mobil qurğular üçün bir neçə yeni panel təqdim edib


19-24 may tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək "SID 2013" tədbiri çərçivəsində "LG" şirkəti mobil qurğular üçün elastik "OLED" panel nümayiş etdirib. Sözügedən panel plastik əsasında hazırlanıb. Nəticədə o, elastik və möhkəmdir.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "LG" şirkəti, həmçinin 5-7 düymlü "HD" təsvir ölçülü "Oxide TFT" panellər nümayiş etdirib.

Aşağı enerji sərfiyyatı, həm də çəkilərinin az olması bu qurğuların əsas özəlliyidir. Şirkət əlavə olaraq noutbuklar üçün 2560x1440 nöqtə təsvir ölçülü 14 düymlü panel hazırlayıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL