waplog

Stolüstü kompüterlərə maraq niyə sürətlə azalır?


Əksər kompüter istehsalçılarının maliyyə hesabatları “IDC” və “Gartner” analitiklərinin fərdi kompüter bazarı ilə bağlı mənfi qiymətləndirməsini təsdiqləyir. Onların “ISI Group”-dan həmkarı Brayan Marşall hesab edir ki, yaxın 3-5 ildə kompüter sənayesində 10-20%-lik azalma qeydə alınacaq, bundan sonra vəziyyət sabitləşəcək. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən sensor qurğuların populyarlığının artması, inkişaf etməkdə olan ölkələrin potensialı hələ ki kompüter bazarı üçün müsbət amil olaraq qalır. “HP”, “Dell” və digər şirkətlər sadalanan amillərə baxmayaraq, planşetlər tərəfindən güclü təzyiq nəticəsində fərdi kompüter tədarüklərinin azalmasını kompensasiya edə bilmirlər. “Microsoft” korporasiyasının “Windows XP” ƏS-nin dəstəklənməsini dayandırmağa hazırlaşmağına baxmayaraq, qurumlar adıçəkilən platformadan imtina etməyə tələsmirlər. Hətta yeni ƏS-nə genişmiqyaslı "köçmə" başlansa, o, çətin ki istehlakçı tələbatının azalmasını kompensasiya etməyə imkan verəcək, - “IDC”-nin analitiki Devid Daud əmindir. Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL