Mark Sukerberqin bacısı “Facebook”dan gedib
Mark Sukerberqin böyük bacısı Rendi Sukerberq “Facebook” şirkətindəki işini tərk edib. “All Things Digital” bloqunun məlumatına görə, “Facebook”da Rendi Sukerberq marketinq üzrə direktor vəzifəsini tuturdu.
O, KİV ilə əlaqələrə cavab verirdi və sosial şəbəkənin “Facebook Live” adlı rəsmi videokanalının işə salınmasında aktiv iştirak edib. O, “Facebook” sosial şəbəkəsində 6 il işləyib.
“Facebook” rəhbərliyi Rendi Sukerberqin gedişi faktını rəsmən təsdiq edib. Rendi Sukerberq gedişindən əvvəl “Facebook” əməkdaşlarına göndərdiyi məktubda bildirib ki, o, şəxsi şirkətini yaratmağı planlaşdırır. Məlumdur ki, layihə “RtoZ Media” adlanacaq və Rendi Sukerberqin sözlərinə görə, onun vəzifəsi "şirkətlərə daha sosial olmağa kömək edəcək".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL