waplog

Dünyanın ən bahalı ticarət markaları müəyyən edilib


“Millward Vrown Optimor”un versiyasına görə, “Apple” şirkəti dünyanın ən bahalı ticarət markaları reytinqində birinci olub. 2013-cü ildə “Apple” ticarət markasının dəyəri cəmisi 1% artaraq 185 milyard dollar olub.

Mobil qurğular bazarı üzrə “Apple”ın əsas rəqibi “Samsung Electronics” şirkətinin ticarət markasının dəyəri 21,4 milyard dollar olub ki, nəticədə Cənubi Koreya nəhəngi reytinqdə 30-cu yerdə qərarlaşıb. "Smartfon bazarında liderlik uğrunda mübarizə aparan “Samsung” şirkəti yenilikçi siyasəti və bazar payının artmasının uğurlu balansı sayəsində ticarət markasının dəyərini xeyli artıra bilib.

Yalnız ötən il şirkət reklam seqmentinə 1.6 milyard dollardan çox vəsait xərcləyib” – “Millward Brown Optimor”un idarəedici direktoru Nik Kuper belə deyib. “ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “BrandZ Top 100” siyahısında liderin ən yaxın izləyicisi “Google” korporasiyasıdır.

Adıçəkilən şirkətin ticarət markası 5% bahalaşaraq 114 milyard dollar təşkil edib. “IBM” üçüncü olub və onun brendinin dəyəri 112 milyard dollardır. İlk onluqda, həmçinin “Microsoft” korporasiyası qərarlaşıb və onun ticarət markasının dəyəri 69.8 milyard dollar təşkil edir. Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” şirkəti “BrandZ Top 100” siyahısında 31-ci yerdə qərarlaşıb və ticarət markasının dəyəri 21,3 milyard dollar həcmində qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 36% azdır. “eBay” (17,7 milyard dollar) onlayn hərracı sözügedən siyahıda 47-ci mövqedə yer alıb və “Yahoo!” internet şirkəti yenidən dünyanın ən bahalı ticarət markalarının siyahısına geri qayıdıb.

Adıçəkilən internet şirkətin ticarət markasının dəyəri 9,8 milyard dollar həcmində qiymətləndirilib və siyahıda 92-ci yerdə qərarlaşıb. 2006-cı illə müqayisədə dünyanın 100 ən bahalı ticarət markasının dəyəri 77% artaraq 2.6 trilyon dollar olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL