waplog

Bakıda “Evədək optika” pilot layihəsinin icrasına başlanılıb


Bakının Xəzər, Qaradağ və Sabunçu rayonlarında "Evədək optika" layihəsinin icrasına başlanılıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov məlumat verib. Onun sözlərinə görə, Xəzər rayonu ərazisində GPON layihəsi tətbiq olunur.

Baş direktor bildirib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.

Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, İPTV, VoD, videooyunlar, interaktiv oyunlara, İP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiya pilot layihə kimi Xəzər rayonu ərazisində, Mərdəkan qəsəbəsində, Mayak yaşayış massivində tətbiq ediləcək. B.Hüseynovun sözlərinə görə, yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi nəzərdə tutulur.

Sonrakı mərhələlərdə bu texnologiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, passiv optik şəbəkələr PON, GPON texnologiyaları vasitəsilə qurulur. Hazırda PON şəbəkələrin qurulması daha çox FTTB (binaya qədər optik lif) və FTTH (mənzilə qədər optik lif) layihələri vasitəsilə tətbiq olunur.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL