waplog

Apple iWatch” "ağıllı" saatlarının sınaq partiyası istehsal edilib


Amerika şirkətinin "iWatch" saatları 1,5 düymlü "OLED" ekranla təchiz ediləcək. "Foxconn" şirkəti sözügedən qurğunun 1000 ədəd sınaq partiyasını istehsal edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Yaponiyanın "Macotakara" bloqunun məlumatına əsasən, "ağıllı" saatın displeyi "OLED" texnologiyası əsasında hazırlanacaq. Qeyd edək ki, hazırda adıçəkilən texnologiya "Apple" şirkətinin heç bir məhsulunda istifadə edilməyib.

Şirkətin direktoru Tim Kuk bir dəfə demişdi ki, "OLED" displeylər maye kristal ekranlar ilə müqayisədə daha az təbii rəng verilişinə malikdir. "iWatch" üçün ekranları Tayvanın "RiTdisplay" şirkəti istehsal edəcək.

Qeyd edək ki, Tayvanın "Foxconn" şirkəti "Apple"-ın mühüm tərəfdaşlarından biridir. "ChangeWave Research" tədqiqat şirkətinin məlumatına əsasən, istehlakçıların 19%-i "Apple"-ın "ağıllı" saatlarını satın almaqda maraqlıdır. "Apple iWatch" daşınan elektronika seqmentinə aiddir.

"Juniper Research" şirkətinin proqnozuna əsasən, 2017-ci ildə sözügedən qurğuların satış həcmi 70 milyon təşkil edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL