“Ericsson” şirkəti kabel istehsalını dayandırır
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" telekommunikasiya kabellərinin istehsalını İsveçdə 350 nəfəri işdən çıxartmaqla dayandırmaq niyyətindədir.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, istehsalçı artıq Hudiskall şəhərində çalışan 318 əməkdaşına bununla bağlı bildirişlər göndərib və eyni zamanda Stokholmda daha 36 nəfərin işdən azad edilməsi ilə bağlı həmkarlar ittifaqları ilə danışıqlar аparır.
Şirkətin bəyanatına əsasən, kabel istehsalının dayandırılması qərarı, bu istehsalın aşağıgəlirli olması ilə bağlıdır, "Ericsson"un bu bazarda payı isə o qədər də yüksək deyil. Bundan başqa, bağlanılan istehsal bir neçə ildir ki, öz fəaliyyətindən hətta əməliyyat gəliri belə almır.
Şirkətin məlumatlarına əsasən, 2012-ci ilin nəticələrinə görə, "Ericsson"un istehsal etdiyi kabellərin satışları 1 milyard kron və ya 150 milyon dollar təşkil edib. "Ericsson"un verdiyi məlumata əsasən, istehsalın bağlanması daha 500 milyon krona başa gələcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL