waplog

Azərbaycanda kompüter istehsalı artıb


Bu ilin yanvar-aprel aylarında ölkədə kompüter, elektron və optik məhsulların istehsalı artıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi bəyan edib.

Komitə bildirir ki, sözügedən dövr ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsal həcmi 85,6 milyon manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 18,4 faiz artıb, elektrik avadanlığın istehsalı isə 17,2 faiz azalıb.

Ötən dörd ayda 61 güc transformatoru, 1388 məişət soyuducusu istehsal edilmiş, televizorların istehsalı 15,1 faiz artıb. Mayın 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 30 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL