waplog

Smartfonların ekranları daha böyük, təsvirləri isə daha canlı olacaq


“Qualcomm” şirkəti smartfonlar üçün “Mirasol” ekran prototipini nümayiş etdirib. 5.1 düym diaqonallı ekran 2560×1440 təsvir ölçüsünə malikdir. Piksellərin sıxlığı 576 ppi təşkil edir ki, bu da “Full HD” (443 ppi) təsvir ölçülü 5 düymlük panellərin göstəricilərini üstələyir.

“Qualcomm”, həmçinin 1,5 düymlü ekranla təchiz edilmiş “ağıllı” saat təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Mirasol” ekranlarının əsas özəlliyi odur ki, onlar aşağı enerji sərfiyyatına malikdirlər. Sözügedən ekranlar “OLED” və maye kristal analoqlarından 6 dəfə daha effektivdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL