waplog

“Samsung Galaxy S4” smartfonu “ittiham edilib”


Yeni məhkəmə sənədlərinə əsasən, yeni “Samsung Galaxy S4” smartfonu “Apple” şirkətinin beş patentini pozur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin yeni bəyanatı Kaliforniyanın Şimal dairəsinin Dairə məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, “Samsung”un yeni smartfonu bu ilin martında təqdim edilib və onun satışlarına apreldə başlanılıb. “Alma” şirkətindən bildirilmiş məlumata əsasən, “Samsung” tərəfindən yol verilmiş pozuntular istifadəçi interfeysində iki patent, ikisi “Siri” səs assistenti, həmçinin internet axtarış və məlumatların sinxronlaşdırılması ilə bağlı patentlərlə bağlıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL