“Geoinformatika: Nəzəri və tətbiqi aspektlər” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan birgə tədqiqatlar üçün razılıq əldə edib
Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) "Geoinformatika: Nəzəri və tətbiqi aspektlər" mövzusunda keçirdiyi 12-ci Beynəlxalq konfrans artıq başa çatıb. Konfransda ölkəmizi təmsil edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev "Mühitin petrofiziki xüsusiyyətlərinin öyrənilməsində klaster təhlilinin tətbiqi" mövzusunda elmi məruzə ilə çıxış edib.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Mətbuat Xidmətindən bildirilib ki, konfransdan sonra, H.Quliyev UMEA-nın Geofizika İnstitutunun direktoru akademik Vitali Starostenko və direktor müavini Aleksandr Kendzera ilə görüşüb.
Görüş zamanı AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi ilə UMEA arasında elmi əməkdaşlıq əlaqələrini genişləndirmək imkanları müzakirə edilib. H.Quliyev UMEA-nın Mexanika İnstitutu və Kiyev Milli Universitetinin rəsmiləri ilə də əməkdaşlıq barədə söhbətlər aparıb.
Çexiya Respublikasının Elmlər Akademiyasının Süxur Strukturu və Mexanikası İnstitutu, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun və İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetinin nümayəndələri ilə də birgə tədqiqatlar aparmaq razılığı əldə olunub.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL