Superkompüterlər insanları əvəz edəcək?!
“IBM” mühəndisləri tərəfindən yaradılmış “Watson” superkompüteri müştərilərin zənglərinə cavab verən avtomatlaşdırılmış sistemləri əvəz edəcək. "Süni ağıl" smartfon və planşet, onlayn çat, telefon, SMS və elektron poçt məsləhətlər verəcək.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, insan səsinin emalı üçün “Nuance” şirkəti tərəfindən yaradılmış texnologiyadan istifadə ediləcək. Məsələn, “Watson” superkompüteri bank müştərilərinə əmanətlərin toplanılması və əmanət alətlərinin incəliyini, mobil operator abunəçilərinə isə xidmətə necə qoşulmaq və ya hesabı ödəməyi izah edəcək.
Xatırladaq ki, “Watson” superkompüteri 2011-ci ildə “Jeopardy” televiziya viktorinasında Amerika intellektualları üzərində qələbə qazandıqdan sonra populyarlaşıb. O vaxtdan etibarən kommersiya təşkilatları ağıllı "maşın"dan öz işlərində istifadə etməyə başlayıblar. 2012-ci ildə, məsələn, ABŞ-ın bir neçə klinikası onu virtual diaqnost kimi işə götürüb ki, o, müxtəlif xəstəliklərin müalicəsi üçün məsləhətlər versin. “IBM” korporasiyasının alimləri sistemin işlənib hazırlanmasına 4 ildən çox vaxt sərf ediblər.
Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyat (teraflops) yerinə yetirə bilir. “Watson”un prosessoru 2800 nüvədən ibarətdir və onun əməli yaddaşı 16 terabayt təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL