waplog

“LG” şirkəti sukeçirməz smartfonunu təqdim edib


"LG" şirkəti "Optimus G" smartfonunun sukeçirməz versiyasını təqdim edib. "Optimus GJ" adlanan yeni cihaz "IPX7" standartına uyğundur. Bu o deməkdir ki, standart təzyiq şəraitində cihazın müvəqqəti suya salınması onun iş qabiliyyətinə təsir etməyəcək.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yeni cihazın texniki xüsusiyyətlərinin əksəriyyəti "Optimus G" modelinə uyğundur: 1.5 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon APQ8064" prosessoru, 13 meqapiksellik kamera, 2 QB əməli yaddaş.

Bununla belə, bəzi fərqlər də mövcuddur. "LG Optimus GJ" smartfonu 1280x720 nöqtə təsvir ölçülü 4.7 düymlü "IPS HD" displeyi ilə təchiz edilib. Orijinal "Optimus G" smartfonunda isə bu göstərici 1280×768 təşkil edir. "LG Optimus GJ" smartfonu 2280 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib və "Android 4.1.2" mobil əməliyyat sistemi ilə işləyir. Cihazın ölçüləri 137×69×9,9 millimetrdir.

Tayvanda iyundan etibarən qurğunu 600 dollara satın almaq mümkün olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL