waplog

İnformasiya texnologiyaları sektorunun ən zövqsüz geyinən məşhurları


“GQ” jurnalı Silisium vadisinin 15 ən zövqsüz geyinən biznesmeninin reytinqini dərc edib. Reytinqdə birinci yeri dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un yaradıcısı Mark Sukerberq tutub. Siyahı tərtibçilərinin sözlərinə görə, 27 yaşlı biznesmenin stili o qədər acınacaqlıdır ki, zarafatyana onu “brend” adlandırıblar.
Reytinqdə ikinci yeri Stiv Cobs tutub. Jurnalda zarafatyana qeyd ediblər ki, “Apple” hər yarım saniyədən bir “iPhone” istehsal edir, lakin öz rəhbərini “yeniləməyi” heç cür bacarmır. Stiv Cobs obrazı həmişəlik qara sviterlə, klassik cinslərlə və krassovkalarla bağlıdır. Üçüncü yeri isə “Microsoft” şirkətinin həmtəsisçisi tamamlayır. “GQ” redaksiyası hesab edir ki, o, qocalıqda Harri Potterə oxşayır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL