waplog

“Bakcell” şirkəti transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb


Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ümumi şəbəkə tutumunun artırılması və "Huawei OSN" avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək məqsədilə "Bakcell", "Huawei" ilə əməkdaşlıq şəraitində transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb.

"2011-ci ildə "3G" şəbəkəsinin istifadəyə verilməsi və 2012-ci ilin sonunda "3G" baza stansiyalarının sayının 1000-ə çatdırılması ilə "Bakcell" şəbəkəsindəki data trafik həcmi 8 dəfədən çox artıb. "Bakcell" şəbəkəsi klassik TDM/ATM ilə birgə istifadə olunan müasir "İP Transport" texnologiyasından ibarət hibrid şəbəkədir. Böyük həcmdə "3G" İP trafikin emalı, xidmətin ümumi keyfiyyətinin və yüksək tutumun təmin edilməsi üçün şəbəkəmizi modernləşdirməyə başlamışıq.

Bu yeni texnologiyalar "Bakcell" müştərilərini yüksək keyfiyyətli mobil rabitə və internet sürəti ilə təmin etməklə, "Bakcell" şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirəcək. Bu, bizim şəbəkə sistemlərimizin "LTE" və "LTE Advanced" kimi texnologiyaların tətbiq edilməsi üçün tam hazır olmasından xəbər verir", - deyə, "Bakcell" şirkətinin daş texniki direktoru Yigit Berktaş bildirib.

Bu gün "Bakcell" şirkətinin transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. "2G" və "3G" xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır.

"Bakcell", 2013-cü ildə "Huawei" şirkətinin dəstəyi ilə 400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcək. "Huawei" şirkətinin bu şəbəkə həlli sayəsində "Bakcell" öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL