Üçrəngli elektron kağız təqdim edilib
"E Ink Corp" şirkəti 3 rəng əks etdirə bilən elektron kağız ekran təqdim edib. Sözügedən ekran ənənəvi qara və ağ rənglərdən başqa, həmçinin qırmızı rəngi əks etdirə bilir.
"ICTnews.az" elektron xəbər xidməti saytına istinadən bildirir ki, ekranın yaradılmasında istifadə edilən texnologiya "Spectra" adlandırılıb. "Spectra" ekranının çatışmazlığı ondan ibarətdir ki, o, çalarları, məsələn, boz və ya çəhrayı rəngləri əks etdirə bilmir. Müqayisə üçün, "E Ink" şirkətinin digər ekranları, məsələn "Pearl" 16 boz rəng çaları əks etdirir. İstehsalçılar "Spectra" ekranlarından məhsulların adı və qiymətlərinin göstərilməsi üçün ticarət nöqtələrində istifadə etməyi təklif edirlər.
Ekranlarda göstərilən məlumatları operator pultundan yeniləmək mümkündür. Sözügedən ekranlar mənfi temperaturda işləyə bildiyindən, ona görə onları soyuducuların daxilində quraşdırmaq mümkündür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL