waplog

Dünyanın ən nazik smartfonunun fotosu dərc edilib


İnternetdə dünyanın ən nazik smartfonu adlandırılan “Huawei Ascend P6” smartfonunun ilk fotosu dərc edilib. Korpusunun qalınlığı 6,18 millimetr təşkil edən aparatın iyunun 18-də təqdim ediləcəyi gözlənilir. “Huawei” şirkətinin yeni smartfonu haqqında hələ ki heç bir rəsmi məlumat yoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, daha əvvəl dərc edilmiş informasiyaya əsasən, “Ascend P6” smartfonu 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli və 8-32 QB daxili yaddaş, “Huawei Emotion UI 1.6” firma örtüyü ilə təchiz edilib.

“Huawei P6-U06” smartfonunda HD təsvir ölçülü ekranın diaqonalı 4,7 düym, smartfonun çəkisi120 qram, ölçüləri 132,6 × 65,5 × 6,18 millimetrdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL