Yeni robotlar sayəsində qasırğanın xüsusiyyətləri öyrəniləcək
Oklaxoma ştatında baş vermiş növbəti qasırğadan sonra növbəti dəfə aydın olur ki, real vaxt rejimində fırtına və hava haqqında informasiyanın izlənilməsi insan həyatını xilas edə bilər. Oklaxoma universitetinin tələbələrinin yaratdıqları robotlar bu işdə yardımçı ola bilər.
"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, yaradılmış robotlar bilavasitə qasırğanın mərkəzinə doğru uçacaq və hadisə mərkəzindən qasırğanın gücü, sürəti, istiqaməti barədə məlumat ötürəcəklər. Bu informasiya araşdırıldıqdan sonra insanlar müəyyən nəticə çıxara və həyatlarını təhlükədən qoruya bilərlər.
Robotlar güclü külək olmasına baxmayaraq, uçmağı bacarmalıdırlar. Robot qasırğanın mərkəzində olduqdan sonra o, rütubət, temperatur və havanın sürətini ölçmək üçün bort sensorları və xüsusi zondlardan istifadə edəcək.
Sözügedən robotlar hələ ki konsept mərhələsindədir, lakin plana əsasən, 2015-ci ilədək onlar artıq uçmalı və təhlükəli rayonlarda vəziyyəti izləyəcəklər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL