Azərbaycan ilə İordaniya arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
İordaniyada, Ölü dənizin sahilində Yaxın Şərq və Şimali Afrika regionu üzrə Ümumdünya İqtisadi Forumunun növbəti iclası keçirilib.
Forumda İordaniya Kralı II Abdullah, ABŞ-ın dövlət katibi C.Kerri, Fələstinin lideri M.Abbas, Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun müavini C.Men, dünyanın bir sıra ölkələrinin sabiq hökumət başçıları, siyasi, ictimai xadimlər, iqtisadçı ekspertlər, 50-dən çox ölkənin parlament üzvləri, habelə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edirlər.
Bu mötəbər tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın İordaniyadakı səfiri S.Ağabəyov təmsil edir.
Tədbiri giriş nitqi ilə açan Kral II Abdullah İordaniyanın son illər üzləşdiyi iqtisadi və maliyyə problemləri, bir çox region ölkələrinin büdcə kəsiri problemi, dünya iqtisadi böhranının bütün regiona mənfi təsiri barədə fikirlərini bölüşmüş, forumun işinə uğurlar arzulayıb.
Forum çərçivəsində Yaxın Şərq və Ərəb dünyasının üzləşdiyi bir sıra iqtisadi problemlər və onların həll yolları ətrafında seminarlar da təşkil edilib.
Forum çərçivəsində mayın 26-da nazir Ə.Abbasov İordaniyanın sənaye və ticarət naziri, eyni zamanda, rabitə və informasiya texnologiyaları naziri H.Həlvani ilə görüşüb. Söhbət zamanı rabitə və informasiya texnologiyaları sahəsində ili ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və bu əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ölkəmizin İKT sahəsində böyük uğurlar əldə etdiyini bildirən Ə.Abbasov, bu sahədə geniş investisiya yatırımı imkanlarının olduğunu iordaniyalı həmkarının diqqətinə çatdırmış, onu cari ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılmış "Bakutel-2013" konfrans və sərgisinə dəvət edib.
Azərbaycana üç dəfə səfər etdiyini, respublikamızın hər yerində, xüsusən də Bakıda aparılan nəhəng yenidənqurma və quruculuq işlərini yüksək qiymətləndirən H.Həlvani ölkəmizlə İKT sahəsinə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Elə həmin gün Azərbaycan nümayəndə heyətinin başçısı nazir Ə.Abbasov forumda çıxış edib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL