waplog

Hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistem hazırlanır


Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemini hazırlamaq niyyətindədir.

Dövlət xidmətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda bu istiqamətdə müvafiq işlər aparılır. “Cinsi kişi abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi istiqamətində Xidmət tərəfindən işlər aparılır, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ öz həllini tapacaq.

Bununla yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında hazırda "elektron müraciət" və "sual-cavab" bölümləri ictimaiyyətə istifadə üçün açıqdır, "hərbi xidmət yeri" bölümündən isə vətəndaşlar 2013-cü ilin iyul çağırışından başlayaraq hər çağırış vaxtı istifadə edə biləcəklər”,- deyə Dövlət xidmətindən bildiriblər.

Bu ilin sonunadək Xidmət tərəfindən informasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı istiqamətində görülmüş işlər barədə ictimaiyyətə məlumat veriləcək.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL