GSM və rəqəmli televiziya tezlikləri üzrə iclas keçiriləcək
Azərbaycan yaxın zamanda Gürcüstanla GSM və rəqəmli televiziya tezliklərinin koordinasiyası üzrə növbəti görüş keçirəcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən (DRİ) “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda tezliklərin koordinasiyası üzrə görüşün dəqiq vaxtı müəyyən edilməyib.
“Görüş yaxın zamanda keçirilməlidir və Azərbaycanla Gürcüstan arasında GSM rabitəsi üçün nəzərdə tutulmuş 1800 və 900 Mhz tezliklərin və rəqəmli televiziya 3 diapazonda yayımını təmin edən 470-862 Mhz və 3 diapazonda televiziya yayımını təmin edən 174-230 Mhz tezliklərinin koordinasiyası məsələlərinin müzakirəsini nəzərdə tutur”,- deyə Radiotezliklər idarəsində bildiriblər.
Qeyd edilən koordinasiya işləri iki ölkənin sərhəd xəttində yerləşən ərazilərdə mobil rabitə və televiziya yayımı sahələrində bir-birinin tezlik diapazonuna müdaxilə etməsinin qarşısının alınması məqsədi ilə aparılır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL