Azərbaycan İpoteka Fondu informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərini satın alır
Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu informasiya təhlükəsizliyi sahəsində konsaltinq xidmətlərinin satın alınması ilə bağlı təkliflər sorğusu elan edib.
“ICTnews” elektron xəbər xidmətinin Satınalmalar komissiyasına istinadən verdiyi məlumata görə, konsaltinq xidmətləri daxili şəbəkə və telekommunikasiya üzrə konsaltinq işləri, server infrastrukturu üzrə konsaltinq işləri və İSO 27001 İnformasiya təhlükəsizliyi standartlarının tətbiqinə dair tövsiyələr və normativ sənədlərin hazırlanması istiqamətlərini əhatə edir.
Satınalmada iştirak haqqı 100 AZN təşkil edir. İddiaçının informasiya texnologiyaları, informasiya texnologiyaları üzrə konsaltinq xidməti və ya informasiya təhlükəsizliyi sahəsində ən azı 3 il təcrübəsi olmalıdır. Satınalma üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri iyunun 11-dək, digər tələb olunan sənədlər isə iyunun 20-nə qədər qəbul ediləcək.
Zərflər iyunun 21-də Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaq. Qeyd edək ki, əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyevə (daxili nömrə 133) müraciət etmək olar.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL