waplog

AMEA-da elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə monitorinq aparılır


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aparılan monitorinqin nəticələrinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevin rəhbərliyi ilə keçirilən iclasda institutun bir neçə əməkdaşı və akademiyanın müvafiq bölmələrinin rəhbərləri iştirak ediblər.

Akademiyadan verilən məlumata görə, iclasda AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, alimlərimizin dünyanın tanınmış beynəlxalq elmi bazalarında təmsil olunması, bir sözlə, Azərbaycan elminin dünya elminə inteqrasiyası prosesinin sürətləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Tədbirdə AMEA-nın institut və təşkilatlarında nəşr olunan elmi jurnallar üzərində geniş təhlillərin aparıldığı, monitorinqin nəticələrinin müzakirə olunduğu vurğulanıb. İclasın sonunda AMEA-nın bütün institut və təşkilatlarında bu kimi monitorinqlərin aparılması və başa çatdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd edilib ki, Azərbaycan alimlərinin elmi əsərlərinin dünyanın nüfuzlu elmi jurnallarında dərci ölkədə elmi fəaliyyətin qiymətləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunması və Azərbaycan alimlərinin elmi nəticələrinin dünya miqyasında tanınması üçün geniş imkanlar yaradacaq.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL