Onların “ağalıq” dövrü başlanır
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ildə planşetlərin qlobal tədarük həcmi kiçik diaqonallı ekranla təchiz edilmiş planşet modellərinə tələbatın artması fonunda fərdi kompüterlərin tədarük həcmini ötəcək.
Proqnoza əsasən, bu il planşetlərin tədarük həcmi ötən illə müqayisədə 59% artaraq 229,3 milyon olacaq. Eyni zamanda 2013-cü ildə fərdi kompüterlərin (FK) qlobal satış həcmi 7,8% azalacaq.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu il planşetin orta qiyməti 11% azalaraq 381 dollar olacaq və 2014-cü ildə də qiymətin azalması trendi davam edəcək.
2017-ci ilədək dünyada yalnız 333 milyon FK satılacaq, halbuki planşetlərin satış həcmi 410 milyon olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL