Server bazarı zəifləyir
Bu ilin birinci rübündə server bazarında azalma qeydə alınıb, lakin "Dell" və "Cisco Systems" şirkətləri bazar göstəricilərinin yaxşılaşmasına nail ola biliblər. Əksinə, "Hewlett-Packard" və "IBM" şirkətlərinin mövqeləri zəifləyib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Gartner" analitik şirkətinin dünya üzrə server bazarının təhlili göstərib ki, bu ilin birinci rübündə bazarda ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalması müşahidə olunub və 2,3 milyon yeni satılmış server təşkil edib. Satışdan əldə edilən mədaxil 5% azalaraq 11,8 milyard dollar təşkil edib.
Server təchizatı ABŞ-da və Asiya-Sakit Okean regionunda artıb, lakin bu artım ümumi azalmanın qabağını almaq üçün kifayət etməyib. Şirkətlərin büdcələri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb və yeni server avadanlıqlarının alınması şirkətlərin bizneslərinin prioritetləri siyahısında olmayıb.
"Gartner" analitikləri bildiriblər ki, "Hewlett-Packard" və "IBM" şirkətləri server seqmentində mədaxilin azalması ilə yanaşı, say hesabı ilə təchizatların azalmasını nümayiş ediblər. Mədaxil həcmlərinə görə, "IBM" şirkəti ən iri təchizatçı olaraq qalır, satılmış maşınların sayına görə isə "HP" liderliyini əldə saxlayır. "IBM" əldə etdiyi mədaxil 3 milyard dollardan bir az artıq olub, bu da ötən illə müqayisədə 13,6% azdır. Şirkətin bazar payı 25,5% təşkil edib.
Şirkətin təchizat həcmi 13,9% azalaraq 230 446 server təşkil edib. Eyni zamanda, "Hewlett-Packard" şirkəti bazara 580 563 təqdim edib, bu da ötən illə müqayisədə 15,2% azdır. Bu da "HP"-yə 25% bazar payı verib. Bunun fonunda, "Dell" və "Cisco" şirkətləri daha yaxşı işləyiblər. Birinci şirkət ötən rüb ərzində, liderlik etdiyi beşlikdə, server satışından mədaxilini artıra bilən yeganə vendor olub.
"Dell"in bu sahə üzrə göstəriciləri 2,1 milyard dollar təşkil edib, bu da ötən illə müqayisədə 14,4% çoxdur. Bunun hesabına şirkətin bazar payı 14,9%-dən 18%-dək artıb. Bundan başqa, "Dell" server təchizatını 2,6% artıraraq 516 355 serverə çatdırıb, bu da "HP"-nin ötənilki 182 min serverindən cəmi 64 min server azdır. "Cisco" şirkətinin özünün beşinci yerdə qərarlaşmasına baxmayaraq, satış həcmlərinə görə o, "IBM"-dən geridə qalıb və "Fujitsu"nu ötüb. Onun satdığı serverlərin sayı 33% artaraq 53 873 təşkil edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL