“Cisco” “Microsoft”-“Skype” razılaşmasını ləğv etməyə cəhd edir
Dünyanın aparıcı şəbəkə avadanlığı istehsalçısı "Cisco Systems" şirkəti ikinci dərəcəli Avropa məhkəməsini, "Microsoft" şirkətinin "Skype" şirkətini alması üçün öncə verdiyi razılığı ləğv etməli olduğuna inandırmalıdır.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ekspertlər bu işin perspektivliyinə əmin deyillər. "Cisco" Lüksemburqda, ümumi yurisdiksiya məhkəməsini inandıra bilsə, Avropa Komissiyası de-fakto öz icazəsini ləğv edə bilər.
Müstəqil hüquqşünaslar deyirlər ki, "Skype" şirkətinin alınması ilə bağlı razılaşma istənilən halda ləğv edilə bilməz, lakin Brüssel softver nəhəngindən şirkətin alınması çərçivəsində kompensasiya tələb edə bilər. "Cisco" şirkəti sübutlarını İtaliyanın internet-telefoniya təchizatçısı "Messagent SpA" şirkəti ilə birgə təqdim edəcək. Tərəfdaşlar, 8,5 milyard dollar dəyərində olan razılaşma bəyənildikdən sonra buraxılan səhvlər haqda manifestlərini məhkəməyə təqdim edəcəklər.
Əsas diqqət "Microsoft" və "Skype" şirkətlərinin öz sahələri üzrə bazarın aparıcı oyunçu olduqlarına yetiriləcək və bunun rəqabət bazarının xeyrinə olmadığı bildiriləcək. Avropa Komissiyasının tarixində belə hallar olub ki, Brüssel geriyə çəkilib. Son belə hal 2002-ci ildə "Sony Music" və "BMG Record" şirkətlərinin birləşməsi zamanı müşahidə olunub. "Microsoft" öz növbəsində, Avropanın ali məhkəmə instansiyası olan Avropa məhkəməsinə apelyasiya verə bilər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL