waplog

İntellektual mülkiyyət tərkibli bütün mallara holoqram vurulacaq


"Bu yaxınlarda Azərbaycanda "İntellektual mülkiyyət hüququnun təmin edilməsi və piratçılıqla mübarizə haqqında" qanun qəbul olunub. Bu qanun çərçivəsində Nazirlər Kabineti bir sıra normativ-hüquqi aktı nəzərdən keçirir. Ümid edirik ki, bu yaxınlarda təsdiq olunacaq".

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycanın Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri Kamran İmanov jurnalistlərə verdiyi açıqlamasında səsləndirib. Azərbaycanda rəqəmsal mühitdə müəllif hüquqlarının müdafiəsi sisteminin tətbiq ediləcəyini söyləyən K.İmanovun sözlərinə görə, yeni sistemin tətbiqi ilə bağlı bir sıra normativ-hüquqi aktın qəbul edilməsi planlaşdırılıb.

Rəhbərlik etdiyi agentliyin həyata keçirdiyi layihələrdən danışan K.İmanov bir sıra yeniliklərin olduğunu qeyd edib. Onun sözlərinə görə, yeniliklər 9 Avropa ölkəsi ilə tvininq-layihələrin reallaşdırılması, rəqəmsal hüquqların monitorinqi, rəqəmsal mühitdə müəllif hüquqlarının müdafiəsi sistemində onlayn-lisenziyaların verilməsi, vahid pəncərə vasitəsilə sistemin nizamlanması məsələləridir.

K.İmanov əlavə edib ki, virtual bazar xaricində də yeniliklər tətbiq olunacaq, xüsusilə də, intellektual mülkiyyət tərkibli bütün mallar mütləq markalanacaq, yəni onlara holoqram vurulacaq: «Hər bir holoqramın öz kodu olacaq və müvafiq smart-sistemə daxil olacaq".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL