waplog

“İnternet-abunə” sistemi dövri mətbuata abunəni asanlaşdırır


“Elektron hökumət” portalında elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi istiqaməti üzrə aparılan işlər davam etdirilir.

Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “www.e-gov” elektron xidmətlər portalı vasitəsilə vətəndaşlara təqdim olunan e-xidmətləri arasında “Dövri mətbuata internet abunə” xidməti yer alır. Sözügedən “İnternet-abunə” xidməti “Azərpoçt” MMC tərəfindən təqdim edilir.

Bu xidmətdən istifadə etməklə istifadəçilər Azərbaycanın və xarici ölkələrin dövri nəşrlərinə abunə sifarişlərini internet vasitəsilə rəsmiləşdirmək və abunə haqqını plastik kart vasitəsilə onlayn rejimində ödəmək imkanı əldə edir.

Bunun üçün açılan formanın içində Azərbaycan və ya xarici nəşrlər; qəzetlər yaxud jurnallar sətirlərini seçdikdən sonra “Axtarış” düyməsindən istifadə edilməlidir.

Lazımi nəşri tapmaq üçün açılan axtarış formasından istifadə olunur. Nəşr tapdıqdan sonra seçilir və əlavə açılan formalar istifadəçiyə aid olan məlumatlarla doldurulur. Sifariş qəbul olduqdan sonra onlayn rejimində ödəniş etmək mümkündür.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL