Regionlarda e-hökumət təşviq edilir
Azərbaycanda korrupsiyaya qarşı yeni metodların, innovativ vasitələrin, “elektron hökumət”in təşviqinə başlanılıb. Artıq regionlarda e-hökumətin təşviqi ilə bağlı görüşlər keçirilir.
"ICTnews.az"-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyi (KQMMİB) sözügedən şuranın maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizədə yeni innovativ vasitələrin təşviqi “ layihəsinin icrasına start verib. İcra planına uyğun olaraq Qax rayonunda sakinlərlə birlikdə “dəyirmi masa” keçirilib.
Tədbirdə ictimai birliyin sədri Anar Sarıyev həyata keçirilən layihənin məqsədləri barədə geniş məlumat verib. O qeyd edib ki, “elektron hökumət”in yaradılması, həmçinin müvafiq dövlət proqramlarının qəbul edilməsi dövlət idarəçilik sahəsində yeni bir mərhələdir. Onun sözlərinə görə, yeni yaradılan “ASAN xidmət” mərkəzləri vətəndaş- məmur münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaq və bürokratik əngəllərin aradan qaldırılması ilə nəticələnəcək.
Tədbirdə çıxış edən digər natiqlər bu cür görüşlərin səmərəliliyindən bəhs etmiş, region əhalisinin daha çox maarifləndirilməsinə ehtiyac olduğunu qeyd ediblər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL