waplog

Cəlilabad və Yardımlıda orta məktəb şagirdləri İKT ilə bağlı maarifləndirilib


Azərbaycanın Cəlilabad və Yardımlı rayonlarındakı bir neçə orta məktəbdə “Region məktəblərində İKT-dən istifadə vərdişlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində şagirdlər üçün təlim keçirilib.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan məlumat verilib. Bildirilib ki, sözügedən layihəni “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi adıçəkilən fondun maliyyə dəstəyi ilə həyata keçirir. Bu layihənin məqsədi region məktəblərində informasiya-kommunikasiya texnologiyaları ilə bağlı vəziyyəti öyrənmək, şagirdləri İKT-nin müsbət və mənfi tərəfləri ilə bağlı məlumatlandırmaqdır.

Təlimlər çərçivəsində şagirdlərə internetdən təhlükəsiz istifadənin qaydaları ilə də bağlı məlumat verilib. Təlim proqramında həmçinin yeniyetmələrin daha çox marağına səbəb olan internetdən istifadə etməklə xaricdə təhsil almağın mümkünlüyü və qaydaları da yer alıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL