waplog

İqtisad üzrə fəlsəfə doktoru: “Peyk sənayesinin inkişafı Azərbaycanda böyük nəticələr verəcək”


Peyk sənayesinin inkişafı Azərbaycanda böyük nəticələr verəcək, informasiya texnologiyalarının inkişafına peyklərin birbaşa təsiri olacaq. Yəni istifadə edilən mobil rabitə, televiziya siqnalları, internet kanalları və s. elektron rabitə alətləri öz səmərəliliyini dəfələrlə artıracaq.

Bunun nəticəsində isə Azərbaycan və dünya bir-biri üçün qarşılıqlı şəkildə daha açıq olacaqlar. İnformasiya mübadiləsi xeyli artacaq. Bu isə çox mühüm məsələdir. Bu barədə "Rabitə dünyası"na AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında məhz informasiya ötürülməsi imkanları əhəmiyyətli rol oynayır:

"Artıq Azərbaycan istənilən xarici siyasət məsələsində öz mövqeyini geniş təbliğ edə bilər. Etiraf edək ki, informasiya texnologiyalarının ölkəmizdə artırılması nəticəsində Qarabağ məsələsində də dövlətimizin öz obyektiv rəyini dünyaya daha sürətlə yayıb, yəni informasiya "blokadası"nın ləğv edilməsinə nail olub".

İqtisad üzrə fəlsəfə doktorunun fikrinə görə, digər məsələlərdə də peyk sənayesinin Azərbaycana verəcəyi dividendlər çoxdur:

"Onlar ilk növbədə kənd təsərrüfatı, neft hasilatı və geoloji tədqiqatları, ölkənin hərbi müdafiə sahəsi, turizm sektoru və s. sahələrdə hiss olunacaq. Heç şübhəsiz ki, kosmik layihələrin, həmçinin peyk layihələrinin Azərbaycanda inkişafı bizim ölkəmizin dünyada qabaqcıl innovativ və biliklər iqtisadiyyatına malik olan ölkələrin sırasına düşməsinə təkan verəcək".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL