waplog

Hakerlər Belçikanın baş nazirinin elektron poçt ünvanına müdaxilə ediblər


Hakerlər Belçikanın baş naziri Elio di Ruponun elektron poçt ünvanına müdaxilə ediblər və onun yazışmasını ələ keçirərək KİV-ə göndəriblər. "De Morgen" daxil olmaqla bir sıra qəzetlərə poçtla tərkibi Elio di Ruponun 2004-2008-ci illərə aid bir neçə yüz məktubdan ibarət "CD" disklər göndərilib.

Sözügedən dövrdə o, hələ Belçikanın baş naziri vəzifəsində işləmirdi. "Bu, fərdi informasiyanın oğurlanmasıdır. Kim edə bilər - sualına cavabım yoxdur" – baş nazir deyib. O, həmçinin bu hadisədən dərs aldığını bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, baş nazirin yazışmasını almış nəşrlərə gəlincə isə onlar bu fakt haqqında məlumat verərək onu dərc etməyiblər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL