waplog

“Sony” şirkəti televizor istehsalından imtina etməyəcək


İstehlak elektronikasının yapon nəhəngi olan “Sony” şirkəti televizor istehsalından imtina etməyə və “Samsung Electronics” ilə birlikdə televiziya panellərinin istehsalı biznesindən çıxmağa hazırlaşmır. Bu barədə jurnalistlərlə görüşdə “Sony Computer Entertainment”in sabiq rəhbəri Kazuo Xirai bildirib. Hal-hazırda o, “Sony” şirkətinin istehlak bölməsinin rəhbəri vəzifəsində çalışır.
Xirainin sözlərinə görə, televizor sahəsi bir çox illər “Sony” şirkətinin əsas istiqamətlərindən biri olub. İndi şirkət öz televiziya biznes gəlirlərini bərpa etmək məqsədi ilə yeni əməkdaşlıq müqavilələri bağlamaq imkanını nəzərdən keçirir.
Məlumat üçün qeyd edək ki, televizor sahəsi artıq 8 ildir ki “Sony” şirkətinə ziyan vurur. Şirkət avqust ayında ziyanlı televiziya sahəsinin dirçəlişi üzrə ətraflı plan təqdim etmək niyyətindədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL