waplog

Qaradağ Sənaye Zonasında tikinti işlərinin bir hissəsi başa çatır


Azərbaycanda texnoparkların, sənaye mərkəzlərinin salınması istiqamətində işlər görülür. Artıq Qaradağ Sənaye Zonasında ilkin işlər yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Qaradağ Bakı şəhərinin çıxacağında yerləşdiyi üçün buranın olduqca əhəmiyyətli sənaye zonasına çevriləcəyi ehtimal olunur.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, 250 hektar sahəni əhatə edəcək sözügedən texnoparkda Fransanın “Lohr” və Almaniyanın “Freyler” şirkətləri ilə birgə üst qurğuları və metal konstruksiya zavodlarının tikintisi başa çatmaq üzrədir.

Məlumat üçün bildirək ki, Fransa və Almaniya şirkətləri adıçəkilən sənaye zonasının 10 ha sahəsində quraşdırma işləri aparır.

Onu da qeyd edək ki, yaxın zamanlarda sənaye zonasında 100-dən çox müxtəlif zavodların tikintisi planlaşdırılır. Həmçinin ərazidə Logistika mərkəzi, istehsal olunan malların nümayişi üçün sərgi satış salonları fəaliyyət göstərəcəkdir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL