Yaxın vaxtlarda ikinci telekommunikasiya peyki ilə bağlı müqavilə imzalanacaq
Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılması üzrə hazırlıq işlərinə başlanılıb. "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, ikinci peykimizin 2018-ci ildə orbitə göndərilməsi planlaşdırılır. Yaxın vaxtlarda isə nəzərdə tutulan işlərin reallaşdırılması üçün müvafiq müqavilənin imzalanması gözlənilir.
Xatırladaq ki, ilk telekommunikasiya peykimiz Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı isə 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peykin əhatə dairəsinə Orta Asiya və Avropa ölkələri ilə yanaşı, Afrika regionu da daxil olduğu üçün peykin tam adı "Azerspace/Africasat-1a"-dır. "Azerspace-1" peykinin orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək.
Yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələri yalnız siyasi və kommersiya xarakteri daşımır, bu layihələr ölkənin uzunmüddətli iqtisadi inkişafına yönəlib. "Azərkosmos" ASC telekommunikasiya peykləri ilə yanaşı, Azərbaycanda, o cümlədən regionda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə bir sıra digər peyk layihələri üzrə də iş aparır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL