waplog

Azərbaycanda alternativ və bərpa olunan energetika sahəsində innovativ texnologiyalar tətbiq ediləcək


Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi gələcəkdə İKT-nin inkişafı nəticəsində əldə olan imkanları yaşıl iqtisadiyyat sahəsinin inkişaf etdirilməsi üçün istifadə edəcək.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun “Baku Futures Forum” çərçivəsində verdiyi məlumata əsasən, bu gün Azərbaycanda əsas alternativ və bərpa olunan enerji mənbələri su və günəş enerjisidir.

“Hazırda Azərbaycanda 20 milyard kilovat saatda alternativ elektrik enerjisi istehsal edilirsə, onun 10%-i su elektrik stansiyalarının hesabına təmin edilir. Gələcəkdə bizim fəaliyyətimizin prioritet inkişaf istiqaməti günəş enerjisinin istehsalıdır və bu sahədə yeni texnologiyaların istifadəsi nəzərdə tutulub. Hesablamalar göstərib ki, yer üzünə düşən günəş enerjisinin 10%-nin istifadəsi insanların tələbatını təmin edə bilər. Hazırda Azərbaycanda günəş kollektorlarının və alternativ enerji sahəsi üçün nəzərdə tutulmuş digər avadanlıqların istehsalına başlanılıb”, -deyə o bildirib.

C. Məlikovun sözlərinə əsasən, Azərbaycan artıq külək enerjisinin istehsalına belə başlayıb və bu sahə potensial prioritet inkişaf sahəsidir.

“Biz eyni zamanda, regionlarda alternativ enerji istehsalı mənbələrinin istifadəçilərə yaxınlaşdırılmasını təmin edən və bununla da enerjinin son istifadəçiyə çatdırılması xərclərinə qənaət etmək məqsədi ilə, bir sıra layihələr həyata keçiririk. Yeni innovativ texnologiyalar sayəsində biz enerji istifadəçilərinin öz təsərrüfatlarında istehsal edə biləcəkləri alternativ enerjidən istifadə etmək imkanı yaratmaq niyyətindəyik. Gələcəkdə biz bütün mümkün olan innovasiyaları və bilikləri ölkənin enerji sahəsinin inkişafına yönəltmək niyyətindəyik”, - C. Məlikov qeyd edib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL