waplog

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün xidmətlərinin elektronlaşdırılması gözlənilir


Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın zamanda bütün mövcud olan xidmətlərini elektronlaşdırmaq niyyətindədir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, Azərbaycanda keçirilən “İKT ili” çərçivəsində nazirlikdə kompleks elektronlaşma və kompüterləşmə işlərinin aparılması gözlənilir.

“Bizim fəaliyyətimiz kənd yerləri ilə bağlı olduğu üçün əhali nazirliyin xidmətlərinin elektron formata keçirilməsini o qədər də rahatlıqla qəbul etmir. Mən bir çox regionlarda görüşlər keçirmişəm və bu regionlarda əhali şikayətlərin və müraciətlərin ənənəvi şəkildə qəbulunun davam etdirilməsini tələb edir. Elektron xidmətlərdən insanlar çox vaxt istifadə edə bilmirlər və ya çətinlik çəkirlər”,- deyə nazir bildirib.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL