waplog

Xələf Xələfov: «Azərbaycan Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra kommunikasiya layihələrinin əsas təşəbbüskarı və icraçısıdır»


«Cənubi Qafqazın lider ölkəsi olan və region iqtisadiyyatının 80%-ni təşkil edən Azərbaycan Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra enerji, nəqliyyat və kommunikasiya layihələrinin əsas təşəbbüskarı və icraçısıdır. Rəsmi Bakı bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək».

«ICTnews» elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç Xarici İşlər Nazirliyinin ticarət məsələləri üzrə baş katibi Qunnar Oomla keçirdiyi görüşdə söyləyib.

Azərbaycan və İsveç arasında müxtəlif sahələrdə inkişaf edən münasibətlərdən məmnunluğunu bildirən nazir müavini qeyd edib ki, siyasi sahədə də ölkələrimiz arasında faydalı dialoqun olduğunu deyib.

X.Xələfov, İsveç şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Ölkəmizə xarici sərmayələrin yatırılması üçün bütün şəraitin yaradıldığını vurğulayaraq, Azərbaycan və İsveç arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. O, Azərbaycanın İsveçlə istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini önə çəkib. Nazir müavini, həmçinin Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı və xüsusilə də Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinə toxunaraq, bu əməkdaşlığın ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Qunnar Oom da ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu qeyd edərək bildirib ki, İsveç şirkətlərinin Azərbaycana marağı get-gedə artıb və artıq bir sıra şirkətlər iqtisadiyyatımızın müxtəlif sahələrində fəaliyyət göstərir. İki ölkə arasında əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətini qeyd edən Q.Oom, İsveçin yaxın aylarda Bakıda öz səfirliyini açmaq barəsində qərar verdiyini və bunun ölkəsinin Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Ölkəmizə səfəri zamanı Azərbaycan iqtisadiyyatının dinamik inkişafına şahid olduğunu bildirən qonaq, telekommunikasiya, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu nəzərə çatdırıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL