waplog

Dünyanın ən güclü superkompüteri yaradılıb


Amerikanın Tennessi ştatında yerləşən Okric laboratoriyasında işləyən “maşın” hazırda dünyanın ən sürətli superkompüteridir. Ötən ilin noyabrında yenilənmiş “Top500” reytinqinin son məlumatlarına əsasən, “Cray” şirkəti tərəfindən yaradılmış superkompüterin məhsuldarlığı 18 petaflops/san təşkil edir. Hazırda reytinq yenilənir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bir sıra nəşrlər yazır ki, reytinqin iyun nəşrində Çin yenidən lider ola bilər. Tennessi ştatında yerləşən universitetdə professor işləyən və “Top500” reytinqinin müəlliflərindən biri Cek Donqarra öz bloqunda yazıb ki, o, bu yaxınlarda Çindən geri qayıdıb. Orada 28-29 may tarixlərində Çinin Milli Müdafiə Texnologiyaları Universitetinin konfransında iştirak edib.

Konfransda Çinin superkompüter sahəsinin yeni lideri – “Tyan'e-2” superkompüteri müzakirə edilib. Adıçəkilən superkompüter 2010-cu ilin noyabrında təqdim edilmiş “Tyan'e-1A” “maşınını” əvəzləyəcək. Yeni superkompüter təxminən 32 min çoxnüvəli “Intel Xeon Ivy Bridge” prosessorları və “Intel Many Integrated Core” arxitekturası əsasında işləyən təxminən 48 min “Xeon Phi” soprosessoru ilə təchiz edilib.

Donqarra deyir ki, Çin güman ki, yenidən “Top500” reytinqində liderliyi geri qaytaracaq, halbuki ABŞ-da gücünə görə oxşar həll yalnız 2015-ci ilədək hazırlanacaq. Onun sözlərinə görə, Çin hazırda prosessor da istehsal edir, lakin onların gücü hələ ki zəifdir. “Tyan'e-2” superkompüterində artıq bir neçə sırf Çin həlli tətbiq edilib.

Yeni “Tyan'e-2” superkompüterinin gücü 54,9 petaflop/san təşkil edir ki, bu da Amerika superkompüterlərinin gücünü iki dəfədən çox üstələyir. Superkompüterin qiyməti 290 milyondan çox dollar təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL