waplog

Azərbaycan Estoniyanın pensiya sistemində informasiya texnologiyalarının tətbiqi sahəsindəki təcrübəsini öyrənir


Azərbaycanla Estoniya arasında bu ölkənin informasiya texnologiyaları və yığım komponentinə əsaslanan pensiya təminatı sahəsində təcrübə mübadiləsi aparılıb. Estoniyanın informasiya texnologiyaları vasitəsilə yığım sistemini öyrənmək məqsədi ilə Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti paytaxt Tallində səfərdə olub.

Səfər zamanı aparılan müzakirələrin yekunu olaraq Fondun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev "Estoniya pensiya sistemi: təcrübənin öyrənilməsi" mövzusunda informasiya xarakterli məlumat hazırlayıb. İ.İsayev qeyd edir ki, Estoniyanın əhalisinin 31,8 faizi və ya 409260 nəfəri pensiyaçılardır.

Sosial vergi haqqında qanuna görə, sığorta haqları əməkhaqqı və digər ödənişlər, mülki hüquqi xarakterli müqavilələrə görə fiziki şəxslərə ödənilən vəsaitlər, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər, işsizlik müavinətinin məbləği sosial vergiyə cəlb olunur və bu verginin qanunla müəyyən edilmiş hissəsi yığım pensiyasına yönəldilməlidir.

Qiymətli Kağızlar üzrə Estoniya Reyestr Mərkəzi ödənilən vəsaitə müvafiq olaraq şəxs tərəfindən seçilən pensiya fondundan payları alaraq onun pensiya hesabında nəzərə alır. Mərkəz ildə bir dəfədən az olmayaraq şəxsə hesabı barədə məlumatı təqdim edir. Bu məlumatı mərkəzin internet saytından da əldə etmək olar.

Şəxslər pensiyanın 2-ci pilləsində iştirak üçün "http://www.pensionikeskus.ee" saytında yerləşdirilmiş pensiya kalkulyatorundan istifadə edərək aylıq ödəniləcək sığorta haqlarının məbləğini, eləcə də dövlət tərəfindən buna müvafiq nəzərə alınacaq sığorta haqlarının məbləğini müəyyənləşdirə bilərlər. E-kalkulyatorda 4 sual verilir. Bura «Şəxsin yaşı və cinsi», «Ödəniləcək sığorta haqlarının məbləği və tezliyi», «Yığım dövrünün müddəti» və «Alınacaq pensiya ödənişlərinin tezliyi» daxildir.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL