Fransa hökuməti “Apple” şirkətindən 5 milyon avro vergi tələb edir
Fransada "Apple" şirkətinin ünvanına 5 milyon avro dəyərində vergi iddiaları daxil olub.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, ilk öncə iddialar, bəstəkarların, musiqiçilərin, müəlliflərin maraqları naminə yığımları idarə edən, Fransanın "SACEM" təşkilatı tərəfindən irəli sürülüb. "SACEM" şirkəti "Apple" şirkətini, "surətçıxarma üzrə vergiyə" və ya "Copie Privee" üzrə 5 milyon avro məbləğində ödənişi almadığına görə ittiham edib. Bu vergi rəqəmli məlumat daşıyıcılarının hamısına, o cümlədən "iPad", "iPod" və "iPhone" istehsalçılarına aiddir.
Bu vergi "SACEM"-in xeyrinə yığılır, o isə hüquq sahibləri arasında paylanır. "SACEM"-də deyirlər ki, bu verginin qiyməti "Apple" şirkətinin istehsal etdiyi qurğuların son partiyasına daxil edilib, lakin şirkətin özündən isə heç bir vergi daxil olmayıb, bununla bağlı iddia irəli sürülüb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL