waplog

"Google" artıq çəki ilə mübarizə aparmağa kömək edəcək


"Google" şirkəti İnternet istifadəçilərinə artıq çəki ilə mübarizədə kömək edəcək. Bunun üçün axtarış sistemi məhsulların kaloriliyi, zülal, yağ və karbohidratların miqdarı haqqında məlumat verəcək.

"Düzgün qida rasionunun seçimi çətin və mürəkkəb prosesdir. Bu seçimi asanlaşdıracağımıza ümid edirik" – şirkət əməkdaşı bildirib. Hazırda Amerikanın axtarış seqmentində sadə meyvə və tərəvəzlərdən tutmuş daha qarışıq yemək növlərinədək 1000 qida məhsulu haqqında məlumatlar yerləşdirilib. Burada "Bananda zülal nə qədərdir?", "Avokadoda nə qədər kalori var?" kimi suallara dəqiq cavab almaq mümkündür. Yeni servis Knowledge Graph (Biliklər şəbəkəsi) semantik axtarış aləti ilə iş əsasında fəaliyyət göstərir, o, təkcə axtarış edilən obyekt deyil, həm də onunla bağlı faktlar haqqında bilavasitə informasiya əldə etməyə imkan verir.

Misal üçün, kinoya getməyə hazırlaşarkən "Google"dan bir stəkan pop-kornda nə qədər kalorinin olduğunu öyrənmək olar. Yeni servisin köməyi ilə insanlara öz çəkilərinə nəzarət etmək daha asan olacaq, axı, onların əlinin altında çoxlu sayda məhsul və yeməklər haqqında lazımi məlumatlar olacaq.

Şirkətdən bildirilənə görə, mütəxəssislər bu layihəyə yetərli qədər çox vaxt sərf ediblər. hitech.newsru.com saytının məlumatına görə, hazırda yeni funksiya yalnız ABŞ-da və ingilis dilində fəaliyyət göstərir. Lakin "Google" yaxın vaxtlarda digər ölkələri də əhatə etməyi və servisə daha çox məhsul haqqında məlumatları yerləşdirməyi vəd edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL