waplog

Rusiyada Heydər Əliyevin 90 illik yubiley münasibətilə xatirə markası buraxılıb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Səfir Vladimir Doroxin dövlətimizin başçısına Rusiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubiley münasibətilə xatirə markasının buraxıldığı barədə məlumat verərək markanın nümunələrini Prezident İlham Əliyevə təqdim edib.

Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və ölkəmizin ümumi inkişafında müstəsna rolu qeyd edilərək onun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlər ehtiramla xatırlandı.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL