waplog

Müşfiq Əmirov: «Azərbaycan cəmiyyəti «İKT ili» ilə əlaqədar həyata keçirilən layihələr haqqında operativ şəkildə məlumatlandırılır»


2013-cü il «İKT ili» ilə əlaqədar həyata keçirilən və eləcə də reallaşdırılması nəzərdə tutulan bütün layihələr haqqında Azərbaycan cəmiyyətinə operativ şəkildə informasiyalar verilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib ki, cəmiyyətin məlumatlandırılması nazirliyin Mətbuat xidməti, o cümlədən digər şöbələri tərəfindən həyata keçirilir:

«2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə təsdiq olunan tədbirlər planına uyğun olaraq mətbuat xidməti onlayn media ilə bağlı öz təkliflərini hazırlayaraq təqdim edib.

Bu təkliflərimizə həm də nazirliyin «Facebook» sosial şəbəkəsində rəsmi səhifəsinin və «YouTube»-da kanalının formalaşdırılması daxildir. Yeri gəlmişkən qeyd edim ki, biz buna qədər də şəxsi «Facebook» səhifəmiz vasitəsilə həm jurnalistlərin, həm də digər vətəndaşlarımızın suallarını cavablandırmışıq və bu fəaliyyət davam etməkdədir».

Azərbaycan cəmiyyətinin məlumatlandırılması istiqamətində hər həftə nəşr olunan «Rabitə dünyası» qəzetinin də mühüm rol oynadığını qeyd edən M.Əmirov qəzetin ingilis dilində də çap edilərək yayıldığını önə çəkib:

«Bununla yanaşı, RİTN-in rəsmi internet səhifəsi olan «mincom.gov.az» və «ictnews.az» saytı vasitəsilə ən son məlumatlar cəmiyyətə ötürülür. Nazirlik informasiyanın cəmiyyətə yayılmasına və jurnalistlərlə əməkdaşlığa böyük önəm verir və bundan sonra da KİV-lə aparılan əməkdaşlıq davam etdiriləcək».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL