waplog

Nanotexnologiyalar Araşdırmalar Mərkəzinin direktoru: “Nanotexnologiyalar sahəsinə dünya üzrə ayrılan vəsait 800 milyard dollara qalxıb”


Əgər nanotexnologiyalar sahəsinə son 5-6 ildə dünya üzrə 100 milyard dollar vəsait ayrılmışdırsa, indi bu rəqəm 800 milyard dollara qalxıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri ARDNŞ Nanotexnologiyalar Araşdırmalar Mərkəzinin direktoru Eldar Şahbazov Azərbaycan Futuroloqlar Cəmiyyəti və “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilən 1-ci Beynəlxalq “Bakı Gələcək Forumu”nda səsləndirib.

Mərkəzin direktoru qeyd edib ki, sözügedən rəqəmlər gələcəyi daha yaxşı görə bilən iqtisadçılar tərəfindən bu sahə üçün sərmayələrin getdikcə artdığını təsdiqləyir:

“Xüsusilə neft sahəsini qeyd etmək istərdim. Təkcə onu vurğulamaq kifayətdir ki, dünya üzrə il ərzində 1,8-2 dəfə neftə olan tələbat artır. İkinci tərəfdən, dünyada neft yataqlarının 50-60 faizi üçüncü mərhələ istismardan ayrılır. Çətin çıxarıla bilən neft olması, quyuların sulanması və s. kimi amillər böyük vəsaitlər tələb edir. Digər tərəfdən, qeyri-Nyuton qanununa tabe olan, ağır çıxarıla bilən neftin özü dünya üzrə böyük problemlər yaradır. Azərbaycana gəlincə, biz 7 il əvvəl nanotexnologiyalar sahəsində araşdırmalar aparmağa başladıq. Nəhayət, “Kiçik təsir və kiçik həyəcan effekti” adlı nəzəriyyə işlədik. Bu nəzəriyyə UNESCO-nun Elm və Texnologiyalar Ensiklopediyasına daxil olub. Bu bizim üçün böyük şərəfdir”.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL