waplog

“Sony” şirkəti “Xperia M” smartfonunu təqdim edib


"Sony şirkəti 854×480 piksel təsvir ölçülü 4 düymlü maye kristal ekranla təchiz edilmiş "Xperia M" smartfonunu təqdim edib. Model 1 QHs takt tezlikli ikinüvəli "Snapdragon S4" prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaş, həmçinin "microSD" slotu ilə təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, sözügedən aparat, həmçinin "Exmor RS" sensoru ilə təchiz edilmiş 5 meqapiksellik kamera, "Wi-Fi", "Bluetooth 4.0" və "NFC" modulları ilə təchiz edilib. Satışda bir və iki "SİM" kart dəstəkləyən versiyalar olacaq.

Smartfon "Android 4.1" platforması ilə işləyir. Cihazın ölçüləri 124×62×9,3 millimetr, çəkisi 124 qramdır. İstehsalçı əmin edir ki, 1750 milliamper/saat tutumunda akkumulyator danışıq rejimində 10 saatlıq və ya gözləmə rejimində 23 gün fasiləsiz iş təmin edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL