Azərbaycanlı mütəxəssislər nüvə və izotop tərkibinin müasir proqram təminatlı avadanlıqla ekspertizası üzrə treninqlərdə iştirak edir
Ukraynanın Kiyev şəhərində “Uran və Plutonun nüvə materiallarının və izotop tərkibinin müasir proqram təminatlı avadanlıq və metodlarla analizi və ekspertizası” adlı treninq kurslar keçirilir. Kurslar Kiyev Nüvə Tədqiqatları İnstitutunun layihəsi çərçivəsində təşkil edilib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Radiasiya Problemləri İnstitutundan məlumat verilib. İnstitutdan qeyd edilib ki, iyunun 8-nə qədər davam edəcək treninqlərdə AMEA Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Təşkilatlarla İşlər üzrə direktor müavini İ.Ə.Qabulov və institutun iki əməkdaşı iştirak edir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL