“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin növbəti mərhələsində 194 layihə qalib statusu uğrunda mübarizəni davam etdirəcək.
Ekspert Komissiyası tərəfindən hər bir nominasiya üzrə 16 meyar əsasında 0-10 bal arasında qiymətləndirmə aparmaqla, elektron tədris vasitələrindən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə 162, “Müəllimlərin bloqları” nominasiyası üzrə 16 və “Təhsildə İnternet texnologiyaları” nominasiyası üzrə 16 layihə növbəti mərhələyə keçid qazanıb.
Ümumiyyətlə, müsabiqəyə 890 layihə təqdim olunmuş, onlardan yalnız 781-i meyarlara uyğun olaraq qəbul olunub. Müsabiqə “Dr.” “Web”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “AZEDUNET”, “Ultra”, “Mədəd Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir. Müsabiqəyə təqdim olunan layihələr ictimaiyyət tərəfindən geniş müzakirə olunmaqdadır.
Hazırda müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) qeydiyyatdan keçmiş 4646 müəllim, 1488 tələbə, 4144 şagird, 538 valideyn layihələrin onlayn müzakirəsində iştirak edir. Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları” və “Təhsildə İnternet texnologiyaları” istiqamətləri üzrə təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər.
Bu istiqamət üzrə qaliblər “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyası üzrə müəyyən olunacaq. “Təhsildə İnternet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqlar. Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL