waplog

Planşetlərdə “4G” texnologiyası tətbiq ediləcək


Ekspertlərin proqnozuna əsasən, yaxın illərdə planşet sahibləri arasında mobil genişzolaqlı rabitədən istifadə sürətlə artacaq. “Strategy Analytics” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2012-dən 2017-ci ilədək planşetlərindən internetə mobil genişzolaqlı rabitə texnologiyalarının köməkliyi ilə daxil olan abunəçilərin sayı 8 dəfə artacaq.

Həmin müddət ərzində müvafiq mobil xidmətlərə 165 milyon yeni planşetin qoşulacağı gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər hesab edirlər ki, 2017-ci ildə mobil şəbəkələrə qoşulmaq üçün planşetdən istifadə edən abunəçilər rabitə operatorlarına təxminən 20 milyard ABŞ dolları həcmində gəlir qazandıracaq və onlar tərəfindən yaradılan mobil trafikin həcmi 3,5 milyon terabayt olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL