Bakıda “Startup Weekend” keçiriləcək
Cari ilin 7-9 iyun tarixlərində ilk dəfə olaraq Bakıda qlobal formatlı "Startup Weekend" tədbiri keçiriləcək. Layihə Azərbaycanda böyük maraqla qarşılanıb və xeyli sayda insan tədbirdə iştirak etməyə həvəs göstərir. Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, startup müəllifləri, marketerler, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək startuplarla münsiflər qarşısında təqdimatlar edəcəklər.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində startupı tam formalaşdıraraq işlək halda təqdim etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar "mentor" statuslu peşəkarlar tərəfindən təlimatlandırılacaq. "Baku Startup Weekend" müstəqil mütəxəssislər tərəfindən və "Startup Weekend" qlobal forumu tərəfindən təşkil edilir. Tədbirin təşkilatı işlərində "Startup Azərbaycan" və digər sponsorlar dəstək göstərməkdədir.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək, bilet əldə etmək tələb olunur. "Startup Weekend" dünyada 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 100.000-dən artıq sahibkar cəlb edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL